7.2.19

Fevral ayının 1-də vokal ixtisası üzrə müəllimə Hüseynova Xəyalənin və xanəndə ixtisası üzrə müəllimə Musayeva Təranənin şagirdlərindən ibarət sinif konserti keçirildi.Konserti ilk öncə müəllimə hüseynova Xəyalə açıq elan edərək, konsert haqqında məlumat verdi. Konsertdə şagirdlərin ifasında Qara Qarayevin "Gənclik" mahnsı, S.Rüstəmovun "oxu gözəl", Novruz feyzəliyev "Yandırdı qəlbimi" mahnısı,"Şahnaz"muğamı,"Qarabağ şikəstəsi",Qlinkanın "De nəyə görə", Falkoneri "O bellisimi kapelli", Melio "Tiritomba", Nepolitan mahnıları "Mamma"," O sole mio ", xalq mahnıları ifa olunmuşdur. Daha sonra şagirdlər dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasından, "Ulduz" kinofilmdən, "Göyçək Fatma" operasından kiçik səhnəciklər ifa etdilər.Konsertin sonunda məktəbin nəzəriyyə şöbəsinin müdiri Bağırzadə Zənfirə konsertin ərsəyə gəlməsində müəllim və şagirdləri təbrik etdi və məktəbin direktoru Emin Nağıyev konsert haqqında fikirlərini söylədi və şagirdlərə və müəllimlərə yeni-yeni nailiyyətlər, uğurlar arzuladı.










































Комментариев нет:

Отправить комментарий