11.6.16

10 iyun 5 nömrəli Uşaq İncəsənət məktəbinin 2015-2016 tədris ilinin yekuna həsr olunmuş konserti keçirildi. Konserti ilk öncə incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə çıxış edərək. qeyd etdi ki,bu ilk təşkil etdiyimiz hesabat konsertinin proqramina əsasən respublik və beynəlxalq müsabiqələr diplomantlarının çıxışlarını daxil etmişik.2015-2016 tədris ilində keçirilən Qara qarayev adına III respublika , Azər Dadaşov adına III beynəlxalq , Xan Şuşinski adına respublika adına müsabiqələrdə məktəbimizi təmsil edən şagirdlərin hamısı diplomlarla təltif edilib. İncəsənət şöbəsinin şagirdləri "Müharibə uşaqların gözü ilə", "İslam ölkələri uşaqların gözü ilə" müsabiqələrində uğurla iştirak edərək diplom və tərifnamələrlə təltif olunmuşlar.Məktəbimizdə bəstəkar və digər sənət adamlarıla maraqlı görüşlər, rəssam və bəstəkarlın yubleylərilə əlaqədar xatirə gecələri keçirilib və hələ bir çox maraqlı gələcək planlarımız var. Konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turzim nazirliyin təhsil və gənclərlə iş sektorunun baş məsləhətçisi Baxışov Vüqar , Bakı şəhər Mədəniyyət və Turzim Baş idarəsinin musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanova, 34 nömrəli uşaq musiqi məktəbinin direktoru Həziyeva Vəfa və bir sıra qonaqlar iştirka edirlər. Konsert məktəbinin xor kollektivi xalq mahnısı "Səndən mənə yar olmaz", C.Abbasov "Vətən çağırır", O.Kazımovun "Bakının qızları" mahnısının ifa ediblər.Konsertdə xalq çalğı və nəfəsli alət şöbəsinin və fortepiano şöbəsinin şagirdlərinin əsərləri dinlənildi. Məktəbin skripkaçalanların ifasında İohans Brams "Macar rəsqi N 2" ifa etdilər. Sonda xatirə şəkilləri çəkdirildi.


















8.6.16

İyunun 7-də 5 nömrəli uşaq incəsənət məktəbinin skripkaçalanlar ansamblının hesabatı konserti keçirilib. İlk öncə ansamblın bədii rəhbəri Zənfirə Bağırzadə çıxış edərək qeyd edib ki, 3 ildir məktəbimizdə skripkçalanlar ansamblı fəaliyyət göstərir. Hər il ansamblın hesabat konserti keçirilir. Bu il ki, konsertimizidə çox uğurla, həvəslə işləyiblər. Konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Vüqar Baxışov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanova, əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşov, Azərbaycanın əməkdar incəsənət xadimi, alim Sənubər Bağırova, Azərbaycanda Koreya şirkətlər qupunun direktoru Lee Jinsoo, Koreya şirkətlər qrupunun Azərbaycan nümayəndəliyinin nümayəndəsi Ziya Nağıyev, 3 nömrəli uşaq incəsənət məktəbinin direktoru Dəyanət Quliyev iştirak ediblər. Tədbir zamanı Carlos Qardel, Antonin Dvorjok, Zurab Merabişvili, Arif Məlikov, İohannes Brams, Antonio Vivaldi, Rolf Lovlandın əsərləri ifa olunub. Sonra Rolf Lovland "Lament for a frozen flower" ilk dəfə olaraq tarda məktəbin direktoru Emin Nağıyev ansamblı ilə birgə ifa edib.
















2.6.16

2 iyun tarixidnə 5 nömrəli Uşaq İncəsənət məktəbi 1 iyun "Uşaqların müdafiə gününə" həsr olunmuş konsert keçirtdi. İlk öncə məktəbin müəllimi Əzimova Şəbnəm çıxış edərək qeyd etdi ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümümdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur. Daha sonra məktəbimiz şagirdlərinin ifasında musiqi nömrələri ifa olundu. İfalar uşaqların sevincinə səbə oldu, ifalar alqışlarla qarşılandı. Sonda reqs nömrələri ifa olundu. uşaqlar rəqs etməyə dəvət olundular. Xatirə şəkilləri çəkdirildi.