17.1.13

17.01.2013 tarixində saat 15:00 da 20 Yanvar faciəsinə həsr olunmuş "Qan Yaddaşımız" adlı tədbir keçirildi.

























20 Yanvar faciəsinə həsr olunmuş "Qan Yaddaşımız" adlı tədbir keçirildi. Tədbirdə məktəbimizin direktoru Emin Nağıyev və tədbir təşkilatçıları Əzizov Babək, Axundova Şahzadə öz çıxışlarını etdi və bir dəqiqəlik şəhidlərin ruhu yad edildi. Məktəb kollektivi və şagirdlər tədbirdə iştirak etdilər və gənc rəssamlar öz əl işlərini nümayiş etdirdilər. Biz şəhidlərimizin qanı bahasına əldə etdiyi azadlığımızı qorumalıyıq və onların qəhrəmanlığı qarşısında baş əyərək deyirik. Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı və firəvan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyəcək. Dövlətimiz etibarlı əllərdədir, Dövlət başçımız İlham Əliyev cənablarının güclü siyasəti nəticəsində Müstəqil Demokratik Azərbaycan Respublikasının üçrəngli bayrağı hər zaman yüksəkliklərdə dalğalanacaqdır. Allah bütün şəhid övladlarımıza rəhmət etsin ruhları şad olsun!