29.1.14

2 fevral "Gənclər günü" ilə əlaqədar 3 fevral saat 16:00-da "istedadlı gənclər" adlı konsert keçiriləcək.


Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tar ixtisası üzrə ll kurs tələbəsi Respublika müsabiqəsi laureatı Babayev İbrahim Ramiz oğlunun solo konserti keçirildi.Konsetdə Musiqi Kollecinin direktoru Nazim Kazımov və kollecin müəllimləri iştirak etmişdir.Nazim müəllim və qonaqlar məktəbin və müəllimlərin iş fəaliyyətiynən tanışlıqdan sonra konserti dinləmişlər.Konsertdən sonra Nazim müəllim kollektivimizlə öz təsuratlarını bölüşdü.Konsertdə yüksək ifasına görə Babayev İbrahimi və müəllimləri Ələkbərov Ələkbər, Kərimova Samirəni təbrik etdi.Məktəbimizin direktoru Emin müəllimdə öz növbəsində Babayev İbrahimi təbrik etdikdən sonra konsertin məhz 5 saylı UİM-ində keçirildiyinə görə Nazim müəllimə və Ələkbər müəllimə minnətdarlığını bildirdi.Sonda xatirə şəkilləri çəkildi.










21.1.14

1990-ci il "20 Yanvar" faciəsinə həsr olunmuş "Unudulmayan tarix" adlı tədbir keçirildi.Tədbirdə ilk öncə Dövlət Himni səsləndirildi. Sonra incəsənət şöbəsinin müəllimi Axundova Şahzadə "20 Yanvar" tarixindən məruzə ilə çıxış etdi. Məruzədə həmin dəhşətli gecədə Vətən uğrunda canlarından keçən oğul, qızlarımızın qəhrəmanlığından danışıldı. Məhz bu əzmin, iradənin sayəsində xalqımız milli azadlığına qovuşdu. Azərbaycan xalqının yenilməzliyi, qəhrəmanlığı, azadlıq uğrunda mübarizə əzmi bütün dünyaya bəyan edildi. İncəsənət şöbəsinin şagirdləri tərəfindən "20 Yanvar" faciəsinə həsr olunmuş şerlər söylənildi bundan sonra tədbridə iştirak edən valideyn, müəllim və qonaqlar üçün "20 Yanvar" faciəsinə həsr olunmuş rəsm sərgisi təqdim edildi. Hər bir şagird çəkdikləri rəsmlər haqqda ürək ağrısı ilə danışdı. Monitorda həmin gecədən bəhs olunmuş şəkillər və videoçarxlar göstərildi. Sonda "20 Yanvar" şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Biz şəhidlərimizin qanı bahasına əldə etdiyi azadlığı qoruyacağıq. Budur bizim şəhidlər qarşısında borcumuz! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firəvan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib! ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZİ RƏHMƏT ELƏSİN!