25.2.13

Məktəbimizdə Xocalı faciəsinə aid tədbir və sərgi keçirildi.

















1992-ci ili fevral ayının  26-da Azerbaycan vətəndaşları öz yeni tarixində ən faciəli, dəhşətli günlərinden birini Xocalı faciəsini qeyd edirlər. 1992-ci il fevralın 25-den 26-na keçən gecə ermeni separatistləri rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştiraki ilə Qarabağın Azerbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etdiler. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu.
613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi. 
487 nəfər yaralandı.
8 ailə bütövlükdə məhv edildi. 
25 azyaşlı uşaq hər iki validəynini itirdi. 
130 uşaq validəynlərindən birini itirdi. 
59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. 
1000 nəfərdən çox şəhər sakini əlil olub.
1275 nəfər əsir və girov götürüldü. 
Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum deyil...
 Azerbaycan Milli Məclisi(Parlamenti)her il fevral ayının 26-ni "Xocali soyqırımı günü"elan etmişdir.Hər il fevral ayının 26-da saat 17.00 da Azerbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Doğma yurdalarından didərgin düşmüş ve Azərbaycanın 48 rayonuna səpələmiş Xocali sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli,Ermənistanın Azerbaycana qarşı təcavüzünün dəf edilməsi,Ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar.
Xocali soyqırımının günahkarları,təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar.Cinayət cəzasız qala bilməz.Xocalı faciəsi bəşər övladına qarşi törədilmiş genosid ve etnik təmizləmə hadisələri icərisində ən dəhşətlilərdən olmuşdur.Hal-hazırda,bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər,ancaq vaxt gələcəkdir ki,onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

19.2.13










19 fevral 2013 ci il tarixində məktəbimizdə Cövdət Hacıyevin bədii yaradıcılığına həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbimizin nəzəriyyə şöbəsinin müəlliməsi , eyni zamanda Cövdət Hacıyevin tələbəsi olan Seyidova Svetlana müəllimə , bəstəkarın həyat və yaradıcılığından məlumat verdi.Tədbirdə Seyidova Svetlana müəllimənin ifasında bəstəkarın IV simfoniyasından I və II hissə ifa olundu. Sonrada Svetlana müəllimə bəstəkar haqqında xatirələrini danışdı, öz yaradıcılığından 13 prelüdiya və I hissəli konserti təqdim etdi. Tədbirdə məktəbimizin müəllim kollektivi və şagirdləri iştirak edirdi.