3.10.13

27.09.2013 tarixində məktəbimizdə Azərbaycan incəsənətinin inkişafında Heydər Əliyevin rolu mövzusunda tədbir keçirilmişdir.

Tədbir nəzəriyyə şöbəsinin müdiri Bağırzadə Zənfirə tərəfindən təşkil olunmuşdur. Tədbirdə  Ulu Öndər Heydər Əliyevin incəsənət sahəsində gördüyü işlərdən bəhs olunmuş və incəsənət xadimləri ilə görüşlərindən fraqmentlər göstərilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin incəsənət xadimləri ilə rəsmi və eyni zamanda qeyri-rəsmi olan görüşlərindən onun səmimi, təvəzükar və kövrək ürəyə malik olduğunun bir daha şahidi olduq.Tədbirin sonunda məktəbimizin direktoru Nağıyev Emin  Dahi şəxsiyyət Heydər Əliyev haqqında öz fikirlərini və xatirələrini bölüşdü. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükut ilə yad olundu.

" XALQ BİR ÇOX XÜSUSİYYƏTLƏRİ İLƏ TANINIR, SAYILIR VƏ DÜNYA XALQLARI İÇƏRİSİNDƏ FƏRQLƏNİR. BU XÜSUSİYYƏTLƏRDƏN ƏN YÜKSƏYİ, ƏN BÖYÜYÜ MƏDƏNİYYƏTDİR. YÜKSƏK MƏDƏNİYYƏTƏ MALİK OLAN XALQ HƏMİŞƏ İRƏLİ GEDƏCƏK, HƏMİŞƏ YARADACAQ, HƏMİŞƏ İNKİŞAF EDƏCƏKDİR! " HEYDƏR ƏLİYEV