26.2.20

26 fevral 5 nömrəli Uşaq İncəsənət məktəbində "Xocalı qan yaddaşımız" adlı tədbir keçirildi.Tədbiri nəzəriyyə şöbəsinin müəllimi İman Rəna hazırladı.Məktəbin zalında Xocalı soyqırımına həsr olunmuş rəsm sinifinin şagirdlərinin rəsmləri sərgiləndi. İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yadd edildi. Tədbirdə müəllimə Babazadə Sevil çıxış edərək,Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.Azərbaycan Respublikasının hüquq mühafizə orqanları Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirləri davam etdirir.Bununla əlaqədar Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Bəli, dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.Tədbirin sonunda Dəvrişli Asəf "Bayatı-Şiraz"muğamını, Zamanzadə Zaur "Azad bir quşdum", Musayeva Təranə "Ayrılıq" mahnısın ifa etdilər.










25.2.20

25 fevral 2020-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 5 nömrəli Uşaq İncəsənət məktəbi Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbiri keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalı sakinləri iştirak edirdilər. Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində 5 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş rəsm işlərindən ibarət kompozisiyaya baxdılar.Şagirdlər tədbir boyu rəsmlər çəkdilər.










World Harmony Beynelxalq müsabiqəsində 5 nömrəli Uşaq İncəsənət məktəbinin tar ixtisası üzrə şagirdi Abdullayev Amin III yerə layiq görülüb və diplomla təltif olunub.Amini məktəb kollektivi adınından təbrik edirik uğurları davamlı və bol olsun.Müəllim Quliyev Etibar,konsertmeyster Elvin Məmmədzadə



14.2.20

14 fevral tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbində Süleyman Ələsgərovun 95 illik yubleyinə həsr olunmuş tədbir keçirildi.Tədbiri nəzəriyyə şöbəsinin müəllimi İman Rəna keçirtdi.Çıxışında bəstəkar haqqında ətraflı məlumat verdi.Qeyd etdiki, Azərbaycan musiqi tarixində və inkişafında Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, istedadlı dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor S.Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir. Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinifində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində müsiqi ictimaiyyətində tanınmağa başlanıb. Bəstəkar bu əsəri haqqında deyirdi: “Ilk mahnımı mən ikinci cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış «Gözlə məni» mahnısıdır. Mən xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur». S.Ələsgərov simfonik muğam sahəsində də çalışmışdır. Onun «Bayatı-Şiraz» simfonik muğamı bu janrda «Şur», «Kürd-Ovşarı», «Rast»dan sonra yazılmış gözəl nümunədir. S.Ələsgərovun yaradıcılığında kamera instrumental əsərlər də vardır. Onların arasında fortepiano, tar, skripka üçün «Trio»nu, fortepiano üçün «Rəqstokkata»nı, skripka və fortepiano üçün «Sonata»nı, fortepiano üçün «Düşüncə»ni qeyd etmək olar. Bu əsərlər açıq konsertlərdə, mavi ekranda, radio dalğalarında ifa olunmaqla bərabər, ali və orta ixtisas musiqi məktəbləri tələbələrinin tədris proqramına daxil edilmişdir. Onun musiqili komediyaları arasında «Ulduz» daha çox məşhurdur. «Ulduz» ilk dəfə 1948-ci ildə tamaşaya qoyulmuşdur. Əsərin tamaşaya hazırlanmasında rejissor Şəmsi Bədəlbəylinin xüsusi əməyi var. S.Ələsgərov müxtəlif illərdə vokal və instrumental musiqi janrlarında bir sıra iri həcmli əsərlər yaratmışdır. Bunlardan: simfonik orkestr üçün «Süita» (1943), qəhrəman Həzi Aslanovun xatirəsinə həsr etdiyi «Simfonik poema» (1944), «Bayram uvertürası» (1945), violonçel, fortepiano və orkestr üçün «Ikiqat Konsert» (1947), «Vətən» simfoniyası (1948), «Vətənə eşq olsun» kantatası (1950, söz.: M.Dilbazinindir) bəstəkar C.Cahangirovla birlikdə yazdıqları xor və simfonik orkestr məşhur «Bayatı-şiraz» simfonik muğamı (1952), 2¹li «Gənclik» simfoniyası (1954), solist, xor və Azərbaycan xalq çalğı alətləri orkestri üçün «Bahar təranəsi» kantatası (1960, söz: Ş.Qurbanovundur), solist və simfonik orkestr üçün A.S.Puşkinin xatirəsinə həsr etdiyi «Romans ballada» (1962, M.F.Axundovun «Şərq poeması» əsasında), Xor, solist və simfonik orkestr üçün «Azərbaycanım mənim» kantatası (1980, söz: R.Zəkanındır) əsərlərini göstərmək olar. Tədbirdə məktəbin şagird və müəllimlərinin ifasında bəstəkarın əsərləri ifa olundu.Monitorda bəstəkarın öz fikirləri, mahnılarına tamaşa olundu.