14.2.20

14 fevral tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbində Süleyman Ələsgərovun 95 illik yubleyinə həsr olunmuş tədbir keçirildi.Tədbiri nəzəriyyə şöbəsinin müəllimi İman Rəna keçirtdi.Çıxışında bəstəkar haqqında ətraflı məlumat verdi.Qeyd etdiki, Azərbaycan musiqi tarixində və inkişafında Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, istedadlı dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor S.Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir. Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinifində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində müsiqi ictimaiyyətində tanınmağa başlanıb. Bəstəkar bu əsəri haqqında deyirdi: “Ilk mahnımı mən ikinci cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış «Gözlə məni» mahnısıdır. Mən xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur». S.Ələsgərov simfonik muğam sahəsində də çalışmışdır. Onun «Bayatı-Şiraz» simfonik muğamı bu janrda «Şur», «Kürd-Ovşarı», «Rast»dan sonra yazılmış gözəl nümunədir. S.Ələsgərovun yaradıcılığında kamera instrumental əsərlər də vardır. Onların arasında fortepiano, tar, skripka üçün «Trio»nu, fortepiano üçün «Rəqstokkata»nı, skripka və fortepiano üçün «Sonata»nı, fortepiano üçün «Düşüncə»ni qeyd etmək olar. Bu əsərlər açıq konsertlərdə, mavi ekranda, radio dalğalarında ifa olunmaqla bərabər, ali və orta ixtisas musiqi məktəbləri tələbələrinin tədris proqramına daxil edilmişdir. Onun musiqili komediyaları arasında «Ulduz» daha çox məşhurdur. «Ulduz» ilk dəfə 1948-ci ildə tamaşaya qoyulmuşdur. Əsərin tamaşaya hazırlanmasında rejissor Şəmsi Bədəlbəylinin xüsusi əməyi var. S.Ələsgərov müxtəlif illərdə vokal və instrumental musiqi janrlarında bir sıra iri həcmli əsərlər yaratmışdır. Bunlardan: simfonik orkestr üçün «Süita» (1943), qəhrəman Həzi Aslanovun xatirəsinə həsr etdiyi «Simfonik poema» (1944), «Bayram uvertürası» (1945), violonçel, fortepiano və orkestr üçün «Ikiqat Konsert» (1947), «Vətən» simfoniyası (1948), «Vətənə eşq olsun» kantatası (1950, söz.: M.Dilbazinindir) bəstəkar C.Cahangirovla birlikdə yazdıqları xor və simfonik orkestr məşhur «Bayatı-şiraz» simfonik muğamı (1952), 2¹li «Gənclik» simfoniyası (1954), solist, xor və Azərbaycan xalq çalğı alətləri orkestri üçün «Bahar təranəsi» kantatası (1960, söz: Ş.Qurbanovundur), solist və simfonik orkestr üçün A.S.Puşkinin xatirəsinə həsr etdiyi «Romans ballada» (1962, M.F.Axundovun «Şərq poeması» əsasında), Xor, solist və simfonik orkestr üçün «Azərbaycanım mənim» kantatası (1980, söz: R.Zəkanındır) əsərlərini göstərmək olar. Tədbirdə məktəbin şagird və müəllimlərinin ifasında bəstəkarın əsərləri ifa olundu.Monitorda bəstəkarın öz fikirləri, mahnılarına tamaşa olundu.














Комментариев нет:

Отправить комментарий