27.3.18

Martın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 3, 4 və 5 nömrəli uşaq incəsənət məktəbləri rəsm sinfi şagirdlərinin 4 nömrəli uşaq incəsənət məktəbində 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş "Unudulmaz faciə" adlı birgə sərgisi keçirilib. Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva, məktəb direktorları və qonaqlar balaca rəssamların yüz il tarixi olan bu qanlı günə öz kiçik dünyalarından yanaşaraq təqdim etdikləri 100-dən artıq maraqlı əl işləri ilə tanış olublar. Sərgini Azərbaycan Respublikası Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq bu günün tarixindən, faciəmizdən danışıb. Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev soyqırım tarixi, rəssamların bu mövzuya aid çəkdikləri sənət əsərləri haqqında maraqlı məruzə ilə çıxış edib. Tədbir boyunca müxtəlif sənədli filmlərdən soyqırıma aid tarixi kadrlar göstərilib. "Təsviri sənət həftəsi" çərçivəsində keçirilən tədbirlər sırasında yer alan bu sərgi qonaqlar tərəfindən müsbət qiymətləndirilib. Sərgidə incəsənət məktəblərinin fərqlənən şagirdlərinə Rəssamlar İttifaqı tərəfindən diplom və hədiyyələr təqdim edilib.





















17.3.18

16 mart tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbində Novruz bayramına həsr olunmuş konsert-sərgi keçirildi.İlk öncə məktəbin direktoru Emin Nağıyev və məktəbin müəllim kollektivi incəsənət şöbəsinin şagirdlərinin çəkdikləri rəsmlərə baxdılar.Şagirdlər çəkdikləri rəsmləri izah etdilər.Daha sonra konsert proqramını incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə açıq elan etdi.O, qeyd etdiki,Novruz bayramı xalqımızln tarix boyu qeyd etdiyi bayramlardan biridir.Novruz bayramının bir çox adət-ənənələri var ki,onlardan biridə şənlik keçirtməkdi.Bizdə bu gün bura bayram şənliyini keçirtmək üçün yığışmışıq.Bu şənliyi bizə məktəbimizin şagirdləri öz konsert proqramı ilə göstərəcək.Məktəbin fortepiano,xalq çalğı və nəfəsli alətləri şöbələrinin şagirdlərinin ifası dinlənildi.Şagirdlər bayram ərəfində müəllim və valideynlərino öz ifaları ilə təbrik etdilər.Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək,hər kəsin bayramını təbrik etdi.Onların süfrələrindən ruzi-bərəkət,canlarının sağlam olmasınl,teze ildə yeni-yeni uğurlar arzu etdi.Şagirdlərə isə daha yüksək nailiyyətlər və uğurlar arzuladı.Sonda kollektiv şəkillər çəkdirildi.