27.3.18

Martın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 3, 4 və 5 nömrəli uşaq incəsənət məktəbləri rəsm sinfi şagirdlərinin 4 nömrəli uşaq incəsənət məktəbində 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş "Unudulmaz faciə" adlı birgə sərgisi keçirilib. Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva, məktəb direktorları və qonaqlar balaca rəssamların yüz il tarixi olan bu qanlı günə öz kiçik dünyalarından yanaşaraq təqdim etdikləri 100-dən artıq maraqlı əl işləri ilə tanış olublar. Sərgini Azərbaycan Respublikası Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq bu günün tarixindən, faciəmizdən danışıb. Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev soyqırım tarixi, rəssamların bu mövzuya aid çəkdikləri sənət əsərləri haqqında maraqlı məruzə ilə çıxış edib. Tədbir boyunca müxtəlif sənədli filmlərdən soyqırıma aid tarixi kadrlar göstərilib. "Təsviri sənət həftəsi" çərçivəsində keçirilən tədbirlər sırasında yer alan bu sərgi qonaqlar tərəfindən müsbət qiymətləndirilib. Sərgidə incəsənət məktəblərinin fərqlənən şagirdlərinə Rəssamlar İttifaqı tərəfindən diplom və hədiyyələr təqdim edilib.





















Комментариев нет:

Отправить комментарий