22.4.17

21 aprel 5 nömrəli Uşaq İncəsənət məktəbində Beynəlxalq Caz günü çərcivəsində "Caz sənəti Azərbaycanda" mövzusunda bədii-musiqili gecə keçirildi. Tədbiri nəzəriyyə şöbə müdiri Zənfirə Bağırzadə təşkil etmişdir. Zənfiə xanım Turan Məmmədəliyeva haqqında , onun yaradıcılıq yolu haqqında qısa məlumat verdi. Tədbirin aparıcısı sənətşünas, elmlər namizədi Turan Məmmədəliyeva idi. Turan xanım klassik caz sənətinin yaranması və inkişafı haqqında, dünyanın görkəmli caz ustaları haqqında ümumi məlumatlar verdi. Onların ifasında bir neçə məşhur kompozisiyalar səsləndirdi. Azərbaycanda caz sənətinin yaranması, onun əsasını qoyan bəstəkar və ifaçılar haqqında, caz sənətinin inkişafı yolunda mühüm rol oynayan Tofiq Quliyev, Qara Qarayev, Tofiq Əhmədov, Vaqif Mustafazadə, Rafiq Babayev, Salman Qəmbərov, Cəmil Əmirov, Emil İbrahim və başqaları haqqında ətraflı söhbət etdi.Müasir Azərbaycanın caz sənətini inkişaf etdirən Şahin Növrəsli,Emil Məmmədov,İsfar Sarabski kimi ifaçıların uğurlarından danışdı. Maraqlı söhbətini gözəl ifası ilə müşayət edən Turan xanım zala toplaşan şagirdlərlə ekspromnt şəkildə bir neçə musiqi parçaları ifa edərəlk caz musiqisinin əsas ritm və intonasiyalarını nümayiş etdirdi. Belə improvizasiya-məşğələ ifa edən şagirdlərin və toplaşanların çox böyük maraqına səbəb oldu. Azərbaycan bəstəkarlarnın mahnılarının motivləri əsasında Turan xanım və məktəbin müəllimi Elvin Məmmədzadənin birgə ifa etdikləri caz improvizasiyaları da çox böyük maraq yaratdı. Tədbir çox maraqlı keçdi. Sonda məktəbin direktoru Emin Nağıyev maraqlı söhbət üçün, yeni məlumat, biliklər aşıladıqı üçün təşəkkür etdi. Sonda xatirə şəkili çəkildi.