30.12.12

31 dekabr Həmrəylik Günü ilə əlaqədar məktəbimizdə 28.12.12 tarixində saat 15:00 da konsert keçirildi, şagirdlərimiz  maraqlı ifaları ilə çıxış etdilər.












25.12.12

5 saylı Uşaq İncəsənət məktəbi yeni il ərəfəsində Qaradağ rayon Sahil qəsəbəsində Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyində olmuşdur. Məktəbimizin kollektivi musiqi nömrələri və yeni il hədiyyələri ilə uşaqları sevindirmişdir.Onlarla sıx ünsiyyət qurmuş və xatirə şəkilləri çəkdirmişlər.




















13.12.12


17.12.12 tarixində görkəmli bəstəkarımız Tofiq Quliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş bədii gecə keçirildi. Həmin tədbirin təşkilatçısı və aparıcısı nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə idi.Tədbirdə bəstəkarın həyat və yaradıcılığından, əsərləri haqqında geniş məlumat verildi. Müəllim və şagirdlərin bir birindən rəngarəng ifaları səsləndi. 

























9.12.12