14.11.16

12 noyabr 5 nömrəli Uşaq İncəsənət məktəbində Konstitusiya gününə həsr olunmuş konsert-sərgi keçirildi. İlk öncə məktəbin müdiri və müəllim kollektivi dəhliz boyu sərgilənən rəsmlərlə tanış oldular. Rəsm sinifinin şagirdləri çəkdikləri rəsmləri izah etdilər. daha sonra incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə çıxış edərək qeyd etdiki, əsrlər boyu böyük mərhələrdən keçib tarixi müstəqilliyiniə qovuşan xalq ötən əsrin 90-cı illərində dövlət təsisatlarının yaradılması hüquqi və demakratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə 12 noyabr ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.Ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edən Azərbaycan suverən bir ölkə kimi Dünya birliyinin üzvi olsada qarşıda hüquqi və demokratik dövlət qurucuqlu kimi mühüm bir vəzifə dayanırdı.Müstəqilliyi şərtləndirən başlıca amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə olan boşluqların aradan qaldırılması idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərs olundu. Cəmiyyətin demək olar ki, bütün təbəqələri müzakirələrə cəlb edildi. Təkliflər nəzərə alınmaqla layihənin yekun variantı 1995-ci ilin noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Məktəbin xor kollektivi çıxış etdi. Məktəbin şagirdlərinin ifasında musiqi nömrələri ifa olundu.Rəqs sinifin şagirdlərinin ifasında "Wild dances" rəqsi ifa olundu.Sonda xatirə şəkilləri çəkdirildi.