31.5.18

30 may tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbində fortepiano, xalq çalğı və nəfəsli alətləri şöbəsi üzrə III məktəbdaxili müsabiqə keçirildi. Müsabiqənin münsfilər heyyətinin sədri məktəbin direktoru Emin Nağıyev idi. Münsiflər heyyətinə respublikanın əməkdar artisti,tarzən Ələkbər Ələkbərov, respublikanın əməkdar artisti, xanəndə Səbuhi İbayev, tanınmış kamança ifaçısı Xəyyam Məmmədov dəvət olunmuşdur. Müsabiqədə şagirdlər 3 müxtəlif xarakterli əsərlər ifa etdilər. Çıxış edən şagirdlərə səhnə mədəniyyətinə, ifasına, nəzəri biliklərinə diqqət yetirilirdi. Müsabiqənin sonunda münsiflər heyyəti müzakirə edərək nəticələri açıqladılar. Nəticələrə əsasən həvəsləndirici diplom naminaysiyası üzrə Şükürzadə Hüseyn (xanəndə müəl: Həsənov Mirəli), Abbasov Paşa (klarnet müəl: Əsgərov Tofiq), III yerə Səmədzadə Zəhra (vokal müəl: Hüseynova Xəyalə), Səfərli Sona (fortepiano müəl: Baxışova Esmira), Paşazadə Fəadyə (Qanun müəl:Səlimova Tavat), II yerə Həşimov Amin (xanəndə müəl: Musayeva Təranə), Hüseynov Alim (xanəndə müəl: Həsənov Mirəli), Abbaslı Nazlı (fortepiano müəl: Rzayeva Ləman), I yerə Nuruzadə Əkbər (skripka müəl: Əliyeva Karina) layiq görülmüşlər və diplomla təltif olunmuşlar.