26.5.18

26 may tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirtdi. Konserti ilk öncə fortepiano şöbəsinin müəllimi Əzimova Şəbnəm çıxış edərək, bildirdiki, 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqı gündür. 1990-ci ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyası şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təssuflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti 2 yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi.Sovetlər Birliyi, Azərbaycan Məcburi sürətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991- ci ildə Sovet İmperyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyyini elan etdi. Daha sonra məktəbin şagirdlərinin ifasında Qlinkanın, Şostakoviçin, A.Məlikovun, T.Quliyevin, Çaykovskinin və s. bəstəkarların əsərləri ifa olundu.
























Комментариев нет:

Отправить комментарий