30.5.16

İyun ayının 2-də saat 12:00-da 5 nömrəli Uşaq İncəsənət məktəbi 1 iyun "Uşaqların müdafiəsi gününə" hsər olunmuş konsert keçirdəcək.Konsert Sahil qəsəbəsində Müşfiq əlilər evində keçiriləcək.


1 iyun saat 13:00-da 5 nömrəli Uşaq İncəsənət məktəbi 1 iyun "Uşaqların müdafiəsi gününə" hsər olunmuş konsert keçirdəcək.Konsert Sahil qəsəbəsində yerləşən 9 saylı Uşaq internat məktəbində keçiriləcək.


27 may tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbi 28 may Respublika gününə həsr olunmuş konserti Qobustanda yerləşən tarixi- memarlıq qoruqunda keçirtdi. Konserti ilk öncə nəzəriyyə şöbəsinin müəllimi İmanova Rəna çıxış edərək qeyd etdi ki,1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika Azərbaycan Türklərinin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictiasmai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsssinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Daha sonra rəqs sinifinin şagirdərinin ifasında rəngarəng rəqslər ifa olundu. Saz, nağaraçalanların ifasında səslənən musiqilər nəinki yerli sakinlərin, eləcədə xarici turistlərin diqqətini cəlb etmişdir. Sonda məktəbinin xanəndə ixtisası üzrə müəllimi Məmmədova Gülətinin ifasında Azərbaycana həsr olunmuş mahnılar səsləndi və hamı rəqs etdi. Konsert uğurla başa çatdı.




























18.5.16

Mayın 17-də 5 nömrəli uşaq incəsənət məktəbində Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri nəzəriyyə şöbəsinin müdiri Zenfirə Bağızadə geniş məruzə ilə çıxış edərək bildirib ki, Qəmbər Hüseynli 1916-ci ilin 16 aprel tarixində Gəncədə dünyaya gəlmişdir. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və s. bəstəkarların musiqisinə olan marağı Qəmbərə böyük təsir göstərib. Bəstəkarın mahnı çələngində bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi var ki, o da "Cücüələrim" mahnısıdır. Tədbirdə bəstəkarın "Tellər oynadı", "Qadan alım", "Sonalar kimi", "Ay işığında", "Bulağa gəlsin", "Qonşuda qız sevənin", "Niyə bizə gəlmirsən", "Gülə-gülə", "İlk məhəbbətim", "Qoy dolanım başına" mahnıları dahi sənətkarların ifasında monitorda səslənib. Sonra məktəbin müəllimlərinin ifasında "Tel nazik", "Nə vaxta qaldı", "Muğana ceyran", "Olan oldu", "İnsafsızsan sən yaman" mahnıları səslənib və xor kollektivi bəstəkarın sevimli mahnısı olan "Cücələrim" mahnısı ilə çıxış edib. Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək, bəstəkar haqqında fikirlərini qonaqlarla bölüşüb və məktəb üzrə keçirilmiş xalq çalğı və nəfəsli alətlər şöbəsinin 1-ci məktəbdaxili müsabiqəsinin nəticələrini elan edərək, şagirdləri həvəsləndirici diplom və diplomlarla təltif edib. Mahmudov Nurlan (klarnet), Məmmədov Nuran (xanəndə), Ədilzadə Tural (qarmon), Quliyev Aqşin (qarmon) həvəsləndirici diplomla təltif olunublar. III yer Nəcəfli Ülvi (qarmon), II yer Abbasov Nihad (xanəndə), I yer Səlimova Şəbnəm (qanun) layiq görülüb.