30.5.16

27 may tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbi 28 may Respublika gününə həsr olunmuş konserti Qobustanda yerləşən tarixi- memarlıq qoruqunda keçirtdi. Konserti ilk öncə nəzəriyyə şöbəsinin müəllimi İmanova Rəna çıxış edərək qeyd etdi ki,1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika Azərbaycan Türklərinin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictiasmai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsssinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Daha sonra rəqs sinifinin şagirdərinin ifasında rəngarəng rəqslər ifa olundu. Saz, nağaraçalanların ifasında səslənən musiqilər nəinki yerli sakinlərin, eləcədə xarici turistlərin diqqətini cəlb etmişdir. Sonda məktəbinin xanəndə ixtisası üzrə müəllimi Məmmədova Gülətinin ifasında Azərbaycana həsr olunmuş mahnılar səsləndi və hamı rəqs etdi. Konsert uğurla başa çatdı.




























Комментариев нет:

Отправить комментарий