25.5.16

Mayın 24-də 5 nömrəli uşaq incəsənət məktəbində xor sinifinin konserti təqdim edilib. İlk öncə xor müəllimi Gülçiçək Xəlilova çıxış edərək qonaqlara ifa olunacaq əsərlər haqqında məlumat verib. Konsert zamanı "A" kapella "Sarı gəlin", xalq mahnısı "Səndən mənə yar olmaz", O.Kazımov "Bakının qızları", T.Quliyev "Bakılıyam mən", Cəlal Abbasov "Vətən çağırır" və başqa əsərlər ifa edilib. Sonda məktəbin direktoru E.Nağıyev çıxış edərək şagirdlərə uğurlar arzulayıb.






Комментариев нет:

Отправить комментарий