Tədbirlər

     05.11.12  5 saylı Uşaq İncəsənət Məktəbində Bülbülün 115 illiyinə həsr olunmuş bədii gecə keçirildi. Həmin tədbirin təşkilatçısı və aparıcısı nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə idi. 5 saylı Uşaq İncəsənət Məktəbində xüsusi ruh yüksəkliyi hökm sürürdü .Tədbirdə Bülbülün uşaqlıq illərindən başlamış,Gəncədə və Tiflisdə məşhur xanəndə kimi tanınmasından çıxışlarından, bu illər ərzində maraqlı başına gələn əhvalatlardan danışıldı.20-ci illərdə Azərbaycan konservatoriyasında İtaliyada təhsil aldığı illərdən söhbət açdı şəkillər nümayiş etdirildi, səs yazıları səsləndi. Sovet Azərbaycanın Moskvada keçirilən 1938-1959 cu illərdə incəsənət 10 günlüyü haqqında danışıldı. Həmin konsertlərdən yazılan Bülbülün səsi ucaldı. Bülbülün Azərbaycan vokal məktəbinin banisi olması xüsusi vurğulandı, mühazirəçi Bülbülün vokal məktəbində xidmətləri ilə yanaşı musiqi tədqiqatçısı ictimai xadim, böyük pedaqoq, Azərbaycan sənətinin bir çox janrlarını meydana gəlməsində bəstəkarlarımızın böyük məsləhətinin olması haqqında danışdı .Qara Qarayevin, xalq şairi Süleyman Rüstəmin Bülbül haqqında xoş xatirələri səsləndi. Tədbirin sonunda məktəb kollektivi ilə xatirə şəkili çəkildi.









                   Hesabat konsertinden çəkilmiş foto albom









































Комментариев нет:

Отправить комментарий