9.3.19

6 mart tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbində 8 mart “Beynəlxalq Qadınlar gününə” həsr olunmuş “Səhnəyə ilk addım” adlı birinci siniflərdən ibarət konsert keçirildi.İlk öncə incəsənət şöbəsinin rəsm ixtisası üzrə şagirdlərinin hazırladıqları rəsm sərgisinə baxış keçirildi.Şagirdlər çəkdikləri şəkilləri izah etdilər.Artıq ənənə halına almış konsertin aparıcılıqını birincilər apardı.Məktəbin fortepiano və qarmon ixtisasları üzrə şagirdləri Qazaxova Aysu və Qazaxova Ayan müəllimləri,valideynləri salamladılar.Onlar ilk dəfə səhnə olduqları üçün çox həhəcanlı idilər,müəllimlərink,analarını,nənələrini bayram münasibəti ilə təbrik etdilər.Daha sonra məktəbdə təhsil alan fortepiano,xalq çalğı və nəfəsli alətləri şöbəsinim şagirdlərinin ifasında Azərbahcan,xarici bəstəkarların əsərləri ifa olundu.Rəqs sinifinin şagirdləri “Qaytağı” rəqsini ifa etdilər.Beləliklə birincilər müəllim və valideynlərini belə təbrik etdilər.Sonda məktəbin direktoru Emin Nağıyev birincilərin səhnədə ilk çıxışları üçün onları təbrik etdi,onlara daha böyük səhnərdə ifa etməyi arzuladı.Bayram münasibəti ilə müəllim kollektivini və valideynləri təbrik etdi,onlara can-sağlığı,uzun ömür,yeni-yeni nailiyyətlər arzuladı.Sonda xatirə şəkilləri çəkdirildi.