27.3.19

18 mart tarixində 5 nömrəli Uşaq İncəsənət məktəbində Novruz bayramına həsr olunmuş konsert keçirildi.Konsertə 28 nömrəli UMM direktoru Mehman Əzimov,Cabbar Qaryağdıoğlu adına 9 nömrəli UMM direktoru Əfrasiyab Dadaşova dəvət olunmuşdu.Konserti məktəbin müəllimi Baxışova Esmira açıq elan edərək,qonaqları,müəllimləri,valideynləri salamlayıb təbrik etdi. İncəsənət şöbəsinin şagirdlərin ifasında rəqs nömrələri ifa olundu. Fortepiano,xalq çalğı və nəfəsli alətləri şöbəsinin şagirdlərinin ifasında Azərbaycan bəstəkar mahnıları,rəqsləri,xarici ölkə bəstəkarlarının əsərləri ifa olundu.Sonda E.Qasımbəylinin "Azərbaycan" mahnısını Abbasov Nihad, Məmmədzadə Nuran ifa etdilər.


















Комментариев нет:

Отправить комментарий