28.5.15

26 may 5 saylı Uşaq İncəsənət məktəbi Cabbar Qaryağdı oğlu adına 9 nömrəli musiqi məktəbində 28 may "Respublika gününə" və 2014-2015-ci tədris ilinin yekununa həsr olunmuş konsert keçirtdi. İlk öncə incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə məktəbin yaranması və fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi.. Daha sonra məktəbin müəllim və şagirdlərdən ibarət birləşmiş xor kollektivinin ifasında C.Cahangirovun "Füzuli" kantatası səsləndi. Şagirdlər ifasında rəngarəng musiqi nömrələri bir-birini əvəz edirdi. Lakin bu ilki, konsertin özəlliyini məktəbdə ilk dəfə yaranmış skripkaçalanlar ansamblının çıxışı təşkil etdi. Ansamblın ifasında F.Bədəlbəylinin, Vivaldinin əsərləri və Azərbaycan xalq musiqisinin işləməsi səsləndi. Məktəbin "Sahil" rəqs qrupunun rəngarəng çıxışı tamaşaçıları sevindirdi. Konsertdə şagirdlər uğurla çıxış etdilər. Konsertin sonunda məktəbin direktoru Emin Nağıyev çıxış edərək müəllimləri, şagirdləri, valideynləri təbrik etdi. Hər il olduğu kimi bu ildə tədrisdə fərqlənən şagirdləri, məktəbin musiqi həyatında yaxından iştirak edən valideynləri diplom və fəxri fərmanla təltif etdi. Sonda xatirə şəkilləri çəkdirildi.













































17.5.15

2015 ilin may ayının 15-də 5 saylı Uşaq İncəsənət məktəbinin skripkaçalanlar ansamblının konserti C.Hacıyev adına 11- illik musiqi məktəbində keçirildi. Ansamblın bədii rəhbəri Zənfirə Bağırzadə ilk konserti öz müəllimi Nisson İlyiç Simberovun xatirəsinə ithaf etmişdir. Konserti açarkən Z. Bağırzadə N.İ.Simberovun yaradıcılığ youlndasn qısa məlumat verdi. 20-ci əsrin əvvəlində Bakıya gələn 27 yaşlı Simberov Üzeyir Hacıbəyovun dəvətilə 1920-ci ildə açılan xalq konservatoriyasında (hazırda Asəf Zeynallı adına musiqi kolleci) , bir il sonra Azərbaycan Dövlət Konservatoriyasında,34-cü ildən isə hazırada Bülbül adına orta ixtisas musiqi məktəbində işləyərkən, Azərbaycan professsional klassik ifaçılıq məktəbinin əsaslarını qoyanlardan olomuşdur. Görkəmli pedaqoq, gözəl ifaçı Simberovun böyük əməyi Dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Belə ki, o, 1942-ci ildə Respublikanın “Əməkdar müəllimi”, 1945-ci ildə “Şanlı əmək” medalı, 1952- ci ildə Lenin ordeni ilə təltif edilmişdir. Ansambl Üzeyir hacıbəyovun, Vivaldinin, albinoninin, F.bədəlbəylinin,Baklanovanın, Azərbaycan xalq mahnılsının işləməsini sevə-sevə ifa etmişdir. Konsertdə Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşov, Azərbaycanın əməkdar incəsənət xadimi , adlim Sənubər Bağırova, 3 saylı UİM-nin direktoru Dəyanət Quliyev, 28 saylı UMM-nin direktoru Mehman Əzimov,C.Hacıyev adına 3 saylı 11 illik musiqi məktəbinin direktoru Məhin Orucova , 5 saylı UİM-nin direktoru Emin Nağıyev iştirak etmişlər. Konsertin sonundan Azər Dadaşov , Məhin xanım çıxış edərək, ilk uğurlu addımlarını atan kollektivə gələcək nailiyyətlər arzuladılar.