28.5.15

26 may 5 saylı Uşaq İncəsənət məktəbi Cabbar Qaryağdı oğlu adına 9 nömrəli musiqi məktəbində 28 may "Respublika gününə" və 2014-2015-ci tədris ilinin yekununa həsr olunmuş konsert keçirtdi. İlk öncə incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə məktəbin yaranması və fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi.. Daha sonra məktəbin müəllim və şagirdlərdən ibarət birləşmiş xor kollektivinin ifasında C.Cahangirovun "Füzuli" kantatası səsləndi. Şagirdlər ifasında rəngarəng musiqi nömrələri bir-birini əvəz edirdi. Lakin bu ilki, konsertin özəlliyini məktəbdə ilk dəfə yaranmış skripkaçalanlar ansamblının çıxışı təşkil etdi. Ansamblın ifasında F.Bədəlbəylinin, Vivaldinin əsərləri və Azərbaycan xalq musiqisinin işləməsi səsləndi. Məktəbin "Sahil" rəqs qrupunun rəngarəng çıxışı tamaşaçıları sevindirdi. Konsertdə şagirdlər uğurla çıxış etdilər. Konsertin sonunda məktəbin direktoru Emin Nağıyev çıxış edərək müəllimləri, şagirdləri, valideynləri təbrik etdi. Hər il olduğu kimi bu ildə tədrisdə fərqlənən şagirdləri, məktəbin musiqi həyatında yaxından iştirak edən valideynləri diplom və fəxri fərmanla təltif etdi. Sonda xatirə şəkilləri çəkdirildi.













































Комментариев нет:

Отправить комментарий