5.6.18

May ayının 29 və iyun ayının 1-də 5 nömrəli Uşaq İncəsənət məktəbində nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə və şöbənin müəllimlərinin təşkilatçılığı ilə 1-ci sinif şagirdləri arasında nəzəriyyə fənnlərindən viktorina, yuxarı sinif şagirdlərinin məktəbdaxili olimpiadası keçirilib. Olmipiadada şagirdlərin Azərbaycan musiqi ədəbiyyatı, ümumi musiqi ədəbiyyatı, Azərbaycan xalq yaradıcılığı , nəzəri və praktiki, intelektual biliklərinin nümayiş etdirən 180 sual üzrə təşkil olunmuş məktəbdaxili olimpiadada yuxarı sinif şagirdlərinin 7 qrupdan, 1-ci sinif şagirdləri isə 4 qrupdan ibarət idi. Birinci mərəhələdə 4 komanda, ikinci mərhələdə 3 komanda yarışıb. 1-ci sinif şagirdlərindən ibarət viktorinada şagirdlər 40 sualı müvəffəqqiyyətlə cavablandırırlar. Yekun nəticədə komandalar üzrə bərabər xal qazanan komandalar arasında hər komandaya 5 sualdan ibarət bilts-sorğu keçirildi. Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək, artıq adət halını almış olimpiadada şagirdlərin nəzəri bilik səviyyəsinin dahada yaxşı mənisəməsini əldə edirik. Şagirdlərin bəziləri sinif proqramından yuxarı dərsləri, muğamlar, nəzəri sualları öyrənir. Daha sonra qalib komandalar məktəbin direktoru Emin Nağıyev tərəfindən diplomlarla təltif olundu.