19.1.17

19 yanvar 5 nömrəli Uşaq İncəsənət məktəbində "Qanlı Yanvar" adlı sərgi-məruzə keçirildi. İlk öncə şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. İncəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə çıxış etdi, 20 Yanvar-1990-ci il Azərbaycan xalqının tarixində Qanlı Yanvar faciəsi kimi daxil olmuşdur. O, tarixdən artıq 27 il keçir. 1990-ci ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar,xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar... Heç zaman unudulmayacaq o gündən 27 il keçməsinə baxmayaraq, hərdən düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər,yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə- şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi.İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorulmalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz! Daha sonra şagirdlər "20 Yanvar" haqqında şerlər söylədilər. Monitorda faciə haqqında videoçarxlar göstərildi. Azərbaycan dövlət himni səsləndi. Rəsm sinifin şagirdlrəinin sərgi nümayiş olundu.