18.5.16

Mayın 17-də 5 nömrəli uşaq incəsənət məktəbində Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri nəzəriyyə şöbəsinin müdiri Zenfirə Bağızadə geniş məruzə ilə çıxış edərək bildirib ki, Qəmbər Hüseynli 1916-ci ilin 16 aprel tarixində Gəncədə dünyaya gəlmişdir. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və s. bəstəkarların musiqisinə olan marağı Qəmbərə böyük təsir göstərib. Bəstəkarın mahnı çələngində bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi var ki, o da "Cücüələrim" mahnısıdır. Tədbirdə bəstəkarın "Tellər oynadı", "Qadan alım", "Sonalar kimi", "Ay işığında", "Bulağa gəlsin", "Qonşuda qız sevənin", "Niyə bizə gəlmirsən", "Gülə-gülə", "İlk məhəbbətim", "Qoy dolanım başına" mahnıları dahi sənətkarların ifasında monitorda səslənib. Sonra məktəbin müəllimlərinin ifasında "Tel nazik", "Nə vaxta qaldı", "Muğana ceyran", "Olan oldu", "İnsafsızsan sən yaman" mahnıları səslənib və xor kollektivi bəstəkarın sevimli mahnısı olan "Cücələrim" mahnısı ilə çıxış edib. Sonda məktəbin direktoru Emin Nağıyev çıxış edərək, bəstəkar haqqında fikirlərini qonaqlarla bölüşüb və məktəb üzrə keçirilmiş xalq çalğı və nəfəsli alətlər şöbəsinin 1-ci məktəbdaxili müsabiqəsinin nəticələrini elan edərək, şagirdləri həvəsləndirici diplom və diplomlarla təltif edib. Mahmudov Nurlan (klarnet), Məmmədov Nuran (xanəndə), Ədilzadə Tural (qarmon), Quliyev Aqşin (qarmon) həvəsləndirici diplomla təltif olunublar. III yer Nəcəfli Ülvi (qarmon), II yer Abbasov Nihad (xanəndə), I yer Səlimova Şəbnəm (qanun) layiq görülüb.


























Комментариев нет:

Отправить комментарий