8.11.16

Noyabrın 8-də 5 nömrəli uşaq incəsənət məktəbində 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş konsert-məruzə keçirilib. İlk öncə məktəbin müəllimi Şəbnəm Əzimova çıxış edərək qeyd edib ki, ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1991-ci il fevralın 5-də Respublika Ali Sovetinin qərarı ilə, üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın Dövlət Bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla hər il 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Sonra şagirdlərin ifasında konsert proqramı təqdim olunub. Sonda rəsm sinifinin şagirdlərinin çəkdikləri rəsmlər sərgilənib.




















Комментариев нет:

Отправить комментарий