3.4.17

Martın 31-də 5 nömrəli uşaq insənət məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş sərgi keçirilib. İlk öncə sərgidə məktəbin müəllim və şagird kollektivi rəsm sinifinin şagirdlərinin çəkdikləri rəsmlərə baxıblar. Bildirilib ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Sonda şagirdlər çəkdikləri rəsmlərin izahatını veriblər.
















Комментариев нет:

Отправить комментарий