8.1.14

30.12.2013-ci il tarixində məktəbimiz Y.Rüstəmov adına 16 saylı Peşə məktəbində "Dünya Azərbaycanlılarının Həmrəylik gününə" və "Yeni il" bayramı münasbəti ilə geniş formada konsert keçirmişdir.Konsertdən əvvəl məktəbimizin şagirdlərinin sərgisi təqdim edilmişdir.Konsertdə məktəbdə tədris edilən ixtisaslar üzrə ifalar yüksək səviyyədə ifa edilmişdir.Konsert və sərgi valideynlərin və qonaqların böyük marağına səbəb olmuşdur.Hər bir ifa tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Sonda məktəbin direktoru Emin Nağıyev konsertin təşkilinə görə tədris hissə işlər üzrə direktor müavininə və şöbə müdirlərinə təşəkkür etdi.Valideyn və müəllimlərin "Dünya Azərbaycanlılarının Həmrəylik gününü" və "Yeni il" bayrami münasibəti ilə təbrik etdi.Şagirdlərə yeni nailliyyətlər, gələcək dərslərində müvəffəqiyyətlər arzuladı.Sonda xatirə şəkilləri çəkildi.




























Комментариев нет:

Отправить комментарий