8.6.16

İyunun 7-də 5 nömrəli uşaq incəsənət məktəbinin skripkaçalanlar ansamblının hesabatı konserti keçirilib. İlk öncə ansamblın bədii rəhbəri Zənfirə Bağırzadə çıxış edərək qeyd edib ki, 3 ildir məktəbimizdə skripkçalanlar ansamblı fəaliyyət göstərir. Hər il ansamblın hesabat konserti keçirilir. Bu il ki, konsertimizidə çox uğurla, həvəslə işləyiblər. Konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Vüqar Baxışov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanova, əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşov, Azərbaycanın əməkdar incəsənət xadimi, alim Sənubər Bağırova, Azərbaycanda Koreya şirkətlər qupunun direktoru Lee Jinsoo, Koreya şirkətlər qrupunun Azərbaycan nümayəndəliyinin nümayəndəsi Ziya Nağıyev, 3 nömrəli uşaq incəsənət məktəbinin direktoru Dəyanət Quliyev iştirak ediblər. Tədbir zamanı Carlos Qardel, Antonin Dvorjok, Zurab Merabişvili, Arif Məlikov, İohannes Brams, Antonio Vivaldi, Rolf Lovlandın əsərləri ifa olunub. Sonra Rolf Lovland "Lament for a frozen flower" ilk dəfə olaraq tarda məktəbin direktoru Emin Nağıyev ansamblı ilə birgə ifa edib.
















Комментариев нет:

Отправить комментарий