11.6.16

10 iyun 5 nömrəli Uşaq İncəsənət məktəbinin 2015-2016 tədris ilinin yekuna həsr olunmuş konserti keçirildi. Konserti ilk öncə incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə çıxış edərək. qeyd etdi ki,bu ilk təşkil etdiyimiz hesabat konsertinin proqramina əsasən respublik və beynəlxalq müsabiqələr diplomantlarının çıxışlarını daxil etmişik.2015-2016 tədris ilində keçirilən Qara qarayev adına III respublika , Azər Dadaşov adına III beynəlxalq , Xan Şuşinski adına respublika adına müsabiqələrdə məktəbimizi təmsil edən şagirdlərin hamısı diplomlarla təltif edilib. İncəsənət şöbəsinin şagirdləri "Müharibə uşaqların gözü ilə", "İslam ölkələri uşaqların gözü ilə" müsabiqələrində uğurla iştirak edərək diplom və tərifnamələrlə təltif olunmuşlar.Məktəbimizdə bəstəkar və digər sənət adamlarıla maraqlı görüşlər, rəssam və bəstəkarlın yubleylərilə əlaqədar xatirə gecələri keçirilib və hələ bir çox maraqlı gələcək planlarımız var. Konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turzim nazirliyin təhsil və gənclərlə iş sektorunun baş məsləhətçisi Baxışov Vüqar , Bakı şəhər Mədəniyyət və Turzim Baş idarəsinin musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanova, 34 nömrəli uşaq musiqi məktəbinin direktoru Həziyeva Vəfa və bir sıra qonaqlar iştirka edirlər. Konsert məktəbinin xor kollektivi xalq mahnısı "Səndən mənə yar olmaz", C.Abbasov "Vətən çağırır", O.Kazımovun "Bakının qızları" mahnısının ifa ediblər.Konsertdə xalq çalğı və nəfəsli alət şöbəsinin və fortepiano şöbəsinin şagirdlərinin əsərləri dinlənildi. Məktəbin skripkaçalanların ifasında İohans Brams "Macar rəsqi N 2" ifa etdilər. Sonda xatirə şəkilləri çəkdirildi.


















Комментариев нет:

Отправить комментарий