16.9.16

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbi 15 sentyabr - Bilik gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İlk öncə tədbir iştirakçıları, müəllim və şagirdlər, məktəbin həyətində təşkil olunan rəsm sərgisi ilə tanış olublar. Məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə 15 sentyabr - Bilik günü münasibətilə müəllim, şagird və valideynləri təbrik edib. Bildirib ki, hazırda məktəbdə musiqi, təsviri incəsənət və xoreoqrafiya üzrə təhsil alan şagirdlər bir çox respublika və beynəlxalq müsabiqələrdə uğurla iştirak edir, mükafatlar qazanırlar. Ümidvarıq ki, siz də, əziz birincilər, səylə çalışacaqsınız, böyük uğurlar qazanaraq dövlətimizin və məktəbimizin adını uca tutacaqsınız. Daha sonra birincilərin ifasında vətən, məktəb, müəllim haqqında şeirlər dinlənilib. Məktəbin şagirdlərinin ifasında musiqi nömrələri və rəqslər ifa olunub. Sonda birincilər məktəbə dəvət olunub, məktəb və müəllimləri ilə tanış olublar.




























Комментариев нет:

Отправить комментарий