30.9.16

Musiqi günü ilə əlaqədar və böyük bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibəti ilə respublikada keçiriliən VIII beynəlxalq musiqi fesitfalı çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri dahi bəstəkarın ev muzeyində olublar. Bəstəkarın həyat və yaradıcılğı, keçdiyi ömür yolu, o dövrün musiqi mədəniyyəti haqqında muzeyin şöbə müdiri ətraflı məlumat verib. Qeyd edib ki, Üzeyir Hacıbəyov Azərbaycan professional bəstəkarlıq məktəbinin banisi olmuşdur. Onun yaratdığı "Leyli və Məcnun" operası nəinki Azərbaycanın eləcə də bütün Şərq dünyasının ilk operası olub.





Комментариев нет:

Отправить комментарий