21.1.19

19 yanvar 5 nömrəli Uşaq İncəsənət məktəbində "20 Yanvar" hüzn günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllimi Babazadə Sevil çıxış edərək, 20 Yanvar hüzn günü haqqında danışdı. O qeyd etdiki, artıq 29 il bu hadisədən keçməsinə baxmayaraq xalqımız öz tarixini unutmur və şəhidlərini böyük hörmətlə anır. 20 Yanvar hadisəsində şəhdi olmuş şəhidlərimiz hər zaman bizim qəlbimizdə qalacaq və unudulmayacaq. Həmin gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğın. Fövqəldaə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Daha sonra məktəbin şagirdlərinin ifasında şəhidlər,20 yanvar haqqında şerlər söylənildi. Müəllimlərin ifasında matəm musiqiləri ifa olundu. Sonda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yadd edildi.










Комментариев нет:

Отправить комментарий