17.1.19

15 yanvar 5 nömrəli Uşaq İncəsənət məktəbində bəstəkar-dirijor Niyazinin yaradıcılığına həsr olunmuş bədii-gecə keçirilmişdir. Tədbiri nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə keçirdirdi. İlk öncə bəstəkar-dirijor haqqında məlumat verərək, qedy etdi, Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912- ilin avqust ayının 20 də Tiflisdə anadan olmuşdur. Onun atası Zülfüqar bəy Hacıbəyov görkəmli bəstəkar, Azərbaycan musiqi teatrının banilərindən biri idi. 30-cu illərdə yaradıcılığa başlayan Niyazi musiqninin müxtəlif janrlarında əsəsrlər yazmışdır. Orkestr üçün əsərlər-"Zaqatala süitası", "Konsert qaytağısı","Konsert valsı" və s., nəfəs alətləri üçün pyeslər, ikihissəli "Qəhrəmanlıq" simfoniyası, "Rast" və "Şur" muğamlarını nota salmışdır. Azərbaycan xalq mahnılarından "Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" simfonik orkestr üçün işləmişdir. Niyazi bir çox xarici bəstəkarların eləcədə Azərbaycan bəstəkarlarının əsərləinə dirijorluq edib onlara yeni nəfəs vermişdir. Həmin əsərlərdən biridə dahi Üzeyir bəy Hacıbəyovun "Koroğlu" operasının uverturasını Niyazi himn səviyyəsinə qaldırmşdır. Tədbir boyu bstəkar-dirijor Niyazının əsərləri səsləndi. Bəstəkarın "Vətən"mahnısı," Arzu" romansı, "Xosrov və Şirin" operasından "Şirinin ariyası"nı məktəbin vokal ixtisası üzrə müəllimi Hüseynova Xəyalə və məktəbin vokal ixtisası üzrə şagirdi Məmmədli Firuzun ifasında dinlənildi. Bəstəkarın öz səsi ilə şeri monitarda qulaq asıldı. Ulu Öndər Heydər Əliyev bəstəkar-dirijor Niyazının ev muzeyinin açılışında qeyd etdiyi fikirlər dinlənildi. Sonda bəstəkar-dirijor Niyazının dirijorlu etdiyi "Koroğlu" operasının uverturasına tamaşa edildi.











Комментариев нет:

Отправить комментарий