26.2.19

5 nömrəli Uşaq İncəsənət məktəbində 26 fevral Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.İlk öncə Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra nəzəriyyə şöbəsinin müəllimi Ələsgərova Məhəbbət Xocalı soyqırımı haqqında məlumat verdi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən,etnik Azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.Fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu.Xocalı soyqırımına tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Məktəb şagirdlərinin ifasında şerlər söyləndi.Məktəbin tar ixtisası üzrə şagirdi Abdullayev Amin “Bayatı-Şiraz”muğamını ifa etdi.Rəsm sinifin şagirdlərinin rəsmləri dəhliz boyu sərgilənib.












Комментариев нет:

Отправить комментарий