7.3.17

Martın 6-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində "Beynəlxalq qadınlar gününə" həsr olunmuş sərgi- konsert keçirilib. İlk öncə məktəbin direktoru və müəllim kollektivi rəsm sinifinin 1-ci sinif şagirdlərinin rəsm işlərinə baxış keçirilib. Daha sonra fortepiano şöbəsinin müəllimi Şəbnəm Əzimova 8 mart "Beynəlxalq qadınlar günü" ilə əlaqədar çıxış edərək, beynəlxalq qadınlar günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlı olduğunu izah edib. Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. Bütün dünyada qeyd edilən bu gün, xanımların ən sevimli və sevincli günlərindən biridir. Məktəbin bütün ixtisaslar üzrə 1-ci siniflərinin konserti keçirilib. Konsertdə 1-cilər öz müəllimlərini, valideynlərini ifaları ilə təbrik ediblər. Sonda məktəbin direktoru Emin Nağıyev 1-ciləri qarşıdan gələn bayram münasibətilə təbrik edərək onlara can sağlığı, uzun ömür arzulayıb.

















































Комментариев нет:

Отправить комментарий