15.3.17

Martın 14-də 5 nömrəli uşaq incəsənət məktəbinin tar ixtisası üzrə müəllim Asəf Dəvrişlinin sinifinin "Oxu tar" adlı sinif konserti keçirilib. Konserti Asəf Dəvrişlinin ilk müəllimi, məktəbin tədris işləri üzrə direktor müavini Nəvai Babayevə həsr edilib. İlk öncə xalq çalğı və nəfəsli alətləri şöbəsinin müəllimi çıxış edərək, hər kəsi Novruz bayramı münasibətilə təbrik edib və Asəf Dəvrişlinin sinifi haqqında məlumat verib. Tədbirdə Qəmbər Hüseynlinin "Çahargaha bənzər" ifasının ardınca şagirdlər Qara Qarayev, Tofiq Bakıxanov, Edvard Qriq, Frans Şubert, Fikrət Əmirovun əsərlərini ifa ediblər. Konsertdə həmçinin Asəf Dəvrişli Mehriban Əhmədovanın "Ana", Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindən "Təlxəklərin rəqsi", Fikrət Əmirovun "Sevil" operasından balaşın ariyasını ifa edib. Sonda məktəbin müəllimləri və tədris işləri üzrə direktor müavini Nəvai Babayev çıxış edərək maraqlı konsert proqramına görə müəllim Asəf Dəvrişliyə minnətdarlığını bildirib.















Комментариев нет:

Отправить комментарий