17.3.17

16 mart 5 nömrəli Uşaq İncəsənət məktəbində "Yurdumuza bahar" gəlir adlı Novruz konserti keçirildi. Konsertdə incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə çıxış edərək, Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, ƏFqanıstan,Tacikistan,Özbəkistan və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.Hələ də bu bayram davam edir. Daha sonra məktəbin şagirdlərin ifasında musiqi nömrələri dinlənildi. Konsertdə incəsənət şöbəsinin rəqs sinifin şagirdlərinin ifasında rəqs nömrələrinə tamaşa edildi. Sonda məktəbin direktoru Emin Nağıyev məktəb kollektivini və şagirdləri təbrik etdi.


























Комментариев нет:

Отправка комментария