1.3.17

5 nömrəli Uşaq İncəsənət məktəbində rəssam Bəhruz Kəngərlinin 125 illiyinə həsr olunmuş məruzə-sərgi keçirildi. İncəsənət şöbəsinin müəllimi Aynurə Haqverdiyeva çıxış edərək, bildirib ki, Azərbaycan təsviri sənətində fərdi yaradıcılıq üslubu ilə böyük məktəb yaratmış Bəhruz Kəngərli unudulmaz sənətkarlardandır. O, cəmi 30 il yaşamış ,lakin uşaqlıq və təhsil illərində istisna olarsa, sənətə həsr etdiyi yeddi il ərzində 2000-dək əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoyub. Azərbaycanda səlis dəzgah boyakarlığının , portret, mənzərə, natürmort, süjetli- tematik və teatr dekorasiya janrlarının, peşəkar, bədii peşəkar, rəngkarlıq sənətinin yaranması Bəhruz Kəngərlinin adı ilə bağlıdır. 1911-1913-cü illərdə kağız üzərində karandaşla çəkilmiş "Azərbaycan tipləri" adlı albomuna daxil olan müxtəlif ölçülü işlər, "İki qaçqın uşaq", "Dükanda" adlı rəsmlər , kağız üzərində kömürlə işlənmiş akademik rəsmlərdən "Apallonun büstü", "Antik heykəl", "Avtoportret", "Azərbaycanlı qadın", "Papaqlı kişinin portreti", sulu boya ilə işlənmiş "mənzərə" əsərləridir. Daha sonra rəssamın muzeyi video-çarxda nümayiş olunub. Tədbirin sonunda məktəbin müəllim kollektivi rəssamın işlərindən ibarət şagirdlərin çəkdikləri rəsmlərə baxıblar.





















Комментариев нет:

Отправить комментарий