24.2.17

Fevralın 23-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar "Xocalısız 25 il" adlı sərgi-məruzə keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra incəsənət şöbəsinin müəllimi Ləman Ağayeva çıxış edib. Bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı şəhərinin işğal olunması və soyqırım nəticəsində, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Tədbir zamanı Xocalı hadisələri haqqında video-çarxlar da nümayiş olunub.Sonda məktəbin müəllim və şagird kollektivi təşkil olunmuş sərgi ilə tanış olub

















Комментариев нет:

Отправить комментарий