20.4.16

Aprelin 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli uşaq incəsənət məktəbində "Azərbaycanda multikulturalizm" mövzusunda mühazirə təşkil edilib. Mühazirəni nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə açaraq qeyd edib ki, multikulturalizm - hər hansı bir ölkədə və ümumilikdə dünyada müxtəlif mədəniyyətlərin qorunması və inkişafına yönələn siyasət və bu siyasəti ümumiləşdirən ideologiyadır. Cənab prezident İlham Əliyev 2014-cü ildə keçirilən IV Bakı beynəlxalq humanitar forumunda çıxışında demişdir ki, multikulturalizm, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hörmət azərbaycan xalqının əsirlərdən gələn yaşama tərzidir. Odur ki, prezident tərəfindən 2016- ci ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi təbiidir və dərin tarixi köklərə əsaslanır. Sonra məktəbin direktoru Emin Nağıyev mövzu ilə əlaqədar çıxış edib.





Комментариев нет:

Отправить комментарий