18.4.16

Aprelin 18-də 5 nömrəli uşaq incəsənət məktəbinin kollektivi "Tarixi abidələrin mühafizəsi günü" münasibəti ilə Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən "Ana" abidəsinin önündə konsert proqramı ilə çıxış edib. İlk öncə incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə abidələrin qorunub ,yaranması haqqında məlumat verib. Qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Daha sonra məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış etdilər.







Комментариев нет:

Отправить комментарий