20.4.16

5 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III Respublika Elmi-ifaçılıq müsabiqəsində ilk dəfə iştirak etmələrinə baxmayaraq uğurla çıxış etdilər. Həmin müsabiqədə məktəbimizi 7 şagird təmsil edir. Onlar Cavadov Məhəmməd-skripka (5-ci sinif şagirdi), Qafarov Nurlan-klarnet (4-ci sinif şagirdi), Əhmədli Murad-qarmon (4-ci sinif şagirdi), Nəsirli Elnur-qarmon (4-ci sinif şagirdi), Hacıverdiyeva Aytac- fortepiano (3-cü sinif şagirdi), Səfərli Aydan-vokal (3-cü sinif şagirdi), Rəhmanzadə Kənan-vokal (2-ci sinif şagirdi) ixtisasları üzrə məktəbimizi təmsil etdilər. Müsabiqə ümumiyyətlə yüksək səviyyədə keçirildi. Çıxış edən bir çox ifaçılar geniş dünya görüşlərini öz məruzələrində nümayiş etdirirdi. Bizim şagirdlərimiz də öz çıxışlarında ifa etdikləri əsərlərin bəstəkarları haqqında maraqlı,ətraflı məlumatlar verirdilər. Çaldıqları əsərlərin təhlilində musiqi savadı sahəsində də dərin biliklərini nümayiş etdirə bildilər və münsiflər heyyətinin diqqətini özlərinə cəlb etdilər. Müsabiqənin nəticələrinə görə Cavadov Məhəmməd, Nəsəirli Elnur, Əhmədli Murad, Qafarov Nurlan, Rəhmanzadə Kənan diplomlarla, Səfərli Aydan və Hacıverdiyeva Aytac həvəsləndirici diplomlarla təltif olunmuşlar. Məktəbimizin müəllim və şagird kollektivi müsabiqədə nailliyyət əldə edən şagirdləri alqışlarla və böyük ruh yüksəkliyi ilə qarşıladılar. Məktəbin direktoru Emin Nağıyev şagirdlərlə görüş keçirtdi, onları təbrik etdi və gələcəkdə daha böyük uğurlar, nailliyyətlər arzuladı. Sonda xatirə şəkilləri çəkdirildi.














Комментариев нет:

Отправка комментария