2.3.16

Martın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 5 nömrəli uşaq incəsənət məktəbində Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert təqdim edildi. Tədbir zamanı məktəbin nəzəriyyə şöbəsinin müəllimi Svetlana Seyidova Tofiq Quliyevin yaradıcılığı haqqında məlumat verdi. Qeyd etdi ki, Tofiq Quliyev bir bəstəkar, pianoçu, dirijor və bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin, 200 - dən artıq mahnıların müəllifidir. SSRİ-nin xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olub. Tofiq Quliyevin mahnılarını Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova, “Qaya” vokal instrumental ansamblı yüksək səviyyədə ifa ediblər.Tofiq Quliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin ənənələrini davam etdirərək onun mahnılarına, harmonik dilinə xüsusi boya verirdi. Sonra məktəbin müəllimləri və şagirdləri Tofiq Quliyevin mahnılarını ifa etdilər, səhnəciklər göstərdilər. Konsertin sonunda məktəbin direktoru Emin Nağıyev şagirdləri təbrik etdi və gələcək dərslərində onlara uğurlar arzuladı.










Комментариев нет:

Отправить комментарий