27.2.16

26 fevral 5 nömrəli Uşaq İncəsənət məktəbində "Xocalı"faciəsinə həsr olunmuş sərgi-məruzə keçirildi. Məktəbdə 3 günlük matəm elan olunmuşdu. 24-25-26 fevral tarixlərində sərgi keçirildi. Xocalı soyqırımına həsr olunmuş tədbiri nəzəriyyə şöbəsinin müəlliməsi Seyidova Svetlana çıxış edərək. Xocalıda həlak olanların ruhunu 1 dəqiqəlik sukutla yadd edildi. daha sonra qeyd etdiki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indi də məlum deyil. Məktəbin şagirdlərinin ifasında Xocalıya həsr olunmuş şerlər soylənildi. Məktəbin müəllimləri musiqi nömrələri ifa etdilər.


























Комментариев нет:

Отправка комментария