3.3.16

3 mart 5 nömrəli Uşaq İncəsənət məktəbində 8 mart "Beynəxalq Qadınlar gününə" həsr olunmuş 1-ci siniflərin "Səhnəyə ilk addım" adlı konserti keçirildi. Konsert incəsənət şöbəsinin müəllimi Haqverdiyeva Aynurə çıxış edərək qeyd etdi ki, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. 8 Mart Sovett İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitesi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Konsertdə məktəbin 1-ci sinifləri ifaları ilə müəllimlərini və valideynlərini təbrik etdilər. Rəsm sinifinin şagirdlərinin sərgisi sərgiləndi. Məktəbin direktoru Emin Nağıyev çıxış edən bütün şagirdləri təbrik etdi, onlara gələcək dərslərində uğurlar arzulardı. 8 mart "Beynəlxalq Qadınlar günü" ilə əlaqədar qadın müəllimlərimizi, valideynləri təbrik etdi.Sonda xatirə şəkilləri çəkdirildi.







































Комментариев нет:

Отправить комментарий