19.1.16

Yanvarın 19-da 5 nömrəli uşaq incəsənət məktəbi Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, sonra Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə 20 Yanvar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının hüzn günü olmaqla bərabər, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, qürur, şərəf, igidlik və milli yaddaşımıza qanla həkk olunan şəhidlik günüdür. Tədbir zamanı məktəbin şagirdlərinin ifasında 20 Yanvar Şəhidlərinə həsr olunmuş şeirlər söylənildi. Tədbirin sonunda faciə haqqında səhnəcik təqdim edildi, məktəbin incəsənət şöbəsinin şagirdlərinin sərgisi nümayiş olundu.






























Комментариев нет:

Отправить комментарий