21.12.15

Dekabr ayının 4-də 5 nömrəli Uşaq İncəsənət məktəbində "Azərbaycan ladlarının tədrisi metodikası" mövzusunda məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə ustad dərs keçirtdi. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin elmi-metodiki mərkəzinin uşaq incəsənət məktəbləri üçün təsdiq edilmiş 2014-ci il proqramında fortepiano, skripka və solfecio siniflərində Azərbaycan ladlarının tədris olunması tələbləri irəli sürüldüyünə görə ustad dərsində məhz bu mövzuyla müraciət edilməsinin zəruriyyət meydana çıxdı. Ustad dərsində məktəbin fortepiano, skripka , solfeci və hətta xalq çalğı alətləri müəllimləri iştirak etdilər. Zənfirə Bağırzadə "Rast" ladının tədrisi üzərində dayanaraq ümumi metogoloji məsələləri sistemləşdirdi.







Комментариев нет:

Отправить комментарий