15.12.15

Dekabrın 15-də 5 nömrəli Uşaq İncəsənət məktəbində ruh yüksəkliyi, təntənəli əhval-ruhiyyə hökm sürürdü. Həmin günü Misir mədəniyyəti günü keçirilirdi. Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və Misir məhəniyyət mərkəzinin müdiri Ahmed Sami Elaydi məktəbə təşrif buyurmuşdular. Məktəbin həyətinəd toplaşan şagird və müəllim kollektivi qonaqları musiqi sədaları ilə qarşıladı. Məktəbin direktoru Emin Nağıyev qonaqları salamlayaraq məktəbi həyatında bu görüşün əlamətdar hadisə olduğunu xüsusi vurğuladı. daha sonra xanım səfir çıxış edərək Azərbaycan və Misir dövləti arasında dərin dostluq və mədəni əlaqələri olduğunu söylədi. O məktəbə hədiyyə təqdim etdi. Məktəbdə sərgilənən şagirdlərin rəsmləri və əl işləri qonaqları çox maraqlandırdı.Sonra məktəbin zalında şagir və müəllimllərin hazırladığı konsert nümumnələri səsləndi. Tədbirin sonunda xanım səfir dəvətə görə məktəb kollektivinə təşəkkür etdi və görüşdən məmnun olduğunu bildirdi. Görüşün sonunda şagird və müəllimlərlə xatirə şəkilləri çəkildi.















Комментариев нет:

Отправить комментарий